Bakı. Trend:
Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç birtəsisata arxalanmamışıq.
Trend xəbərverir ki, bunu Prezident İlham Əliyev martın 13-də XII Qlobal BakıForumu zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.
"Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqcadüzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heçkəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukraynamüharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik– hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədərdə yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına belbağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımındaimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də sizsuverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər sizhəmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardımistəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdənhesabat istəyəcək.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübutayetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, bizsuverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indidə gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib birnəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda başverənlərdir", - dövlət başçısı bildirib.