"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold İngiltərə Liqa Kubokunun finalında komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, bunu "qırmızılar"ın mətbuaxt xidmətinə açıqlamasında komandanın baş məşqçisi Arne Slot deyib:
"Trent finalda oynamayacaq. O, müayinədən keçməli və yalnız bundan sonra bərpa müddəti bilinməlidir. Mövsümün sonunda sıraya dönəcəyini gözləyirik".
Xatırladaq ki, Aleksander-Arnold Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda - PSJ-yə qarşı İngiltərədə keçirdikləri matçın (0:1, penaltilər 1:4) ikinci yarısında zədələndiyi üçün əvəzlənib.
Nihat