AZ

Neftin qiyməti qalxır, Brent 70,3 dollar/barel ətrafında satılır

Vaşinqton İran və Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiyi üçün cümə günü neft qiymətləri yüksəlir.

Finss.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) bildirib ki, ərəfədə ABŞ İranla əlaqəli bir fiziki, 17 hüquqi şəxs və 13 gəmini sanksiya siyahısına əlavə edib.

Bundan əlavə, ABC News-un verdiyi məlumata görə, Ağ Ev xarici şirkətlərə Rusiyanın enerji resursları üçün sanksiya tətbiq olunan banklar vasitəsilə ödənişlər etməyə icazə verən lisenziyaya xitam verib. ABŞ Maliyyə Nazirliyinin sözçüsü kanala təsdiqləyib ki, 8L ümumi lisenziyasının müddəti martın 12-də başa çatıb. Amerika hakimiyyəti hələ ki, lisenziyanın ləğvi barədə rəsmi açıqlama verməyib.

Seçilən
7
fins.az

1Mənbələr