AZ

Mirziyoyev Rusiya ilə parlamentlərarası əməkdaşlığın genişlənməsini dəstəkləyib

BAKI,TurkicWorld

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 14 mart tarixində Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə Özbəkistan və Rusiya arasında strateji tərəfdaşlıq və ittifaq münasibətlərinin aktual məsələləri müzakirə olunub.

Görüşün əvvəlində yüksək rütbəli qonaq, Rusiya Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Özbəkistan liderinə çatdırıb.

Xüsusi olaraq qeyd edilib ki, ötən ilin may ayında Rusiya Prezidentinin Özbəkistana dövlət səfəri zamanı əldə edilən razılaşmaların və müqavilələrin icrasına nəzarət etmək məqsədilə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə diqqət ayrılmalıdır.

Özbəkistan lideri vurğulayıb ki, Parlamentlərarası Komissiyanın ikinci iclasına ciddi hazırlıq görülməli və bu görüş Özbəkistanda, hər iki ölkənin bölgələrini geniş şəkildə cəlb etməklə təşkil olunmalıdır.

Bundan əlavə, ticarət-iqtisadi və investisiya sahəsində əsas layihələrə, əmək miqrasiyası və mədəni-humanitar mübadilə proqramlarına parlamentlərin daha aktiv dəstək verməsinin vacibliyi qeyd edilib.

Seçilən
4
turkic.world

1Mənbələr