Bakı. Trend:
Biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizinvə güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbinbaxırıq.
Trend xəbər verir ki, bu fikirləri Prezidentİlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.
"Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası vəAzərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissikeçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsizyanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyasıdövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızınyenidən qurulmasına çox nikbin baxırıq.
Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaqəvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkəninöz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümidedirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək vəbu da forumu uğurlu edəcək", - dövlət başçısı bildirib.