AZ

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir

Bakı. TurkicWorld:

Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.

"Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir", - dövlət başçısı bildirib.

Seçilən
14
2
turkic.world

3Mənbələr