19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) martın 17-dən 23-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Hazırlıq çərçivəsində U-19-un martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.
Millimizə dəvət edilmiş futbolçularla tanış ola bilərsiniz:
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Əlizadə – Sabah
- Aftandil Arıxov – Sumqayıt
- Murad Mustafayev – Neftçi
- Rəşad Alışov – Qarabağ
- Ömər Həsənli – Qarabağ
- Əli Nəbizadə – Neftçi
- Seydi Danzıyev – Sabah
- Vüsal Paşayev – Sumqayıt
- Həsən Mahmudlu – Neftçi
- Əli Qurbanov – Sumqayıt
- Elton Babazadə – Qarabağ
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Emin Feyzullayev – Sabah
- Babamirzə Mehdiyev – Sabah
- Məsud Əlişanlı – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Əmir Əliyev – Sabah
- Ömər Kərimov – Qəbələ
- Arzu Mədətov – Turan Tovuz
- Məmməd Mahmudlu – Stad Nyon (İsveçrə)
- Rauf Qafarov – Zirə
- Nihad Orucəli – Sumqayıt
- Toğrul Tapdıqlı – Sumqayıt