AZ

Postekoqlu: “Vaxtaşırı “Tottenhem” özü öz düşməninə çevrilir”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının 1/8 finalının “Alkmar”la cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 0:1 hesabı ilə məğlub olmuş “mahmızlar”, cavab oyununda 3:1 hesablı qələbə sayəsində cütün qalibi olaraq növbəti mərhələyə adlayıblar.

Angelos Postekoqlu matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz mərhələni adladıq – bu, əsasdır. Komandam kifayət qədər yaxşı oynadı, oyuna nəzarət edirdik, amma düşünürəm ki, vaxtaşırı biz özümüz özümüzün ən qəddar düşməni oluruq. Hər şey bizim nəzarətimizdə olanda, biz rəqibimizə oyuna qayıtmağa şərait yaratdıq və elə, bu səbəbdən də oyunun sonluğu əsəbi alındı. Amma biz qələbəyə layiq idik”, – “TNT Sports” dərgisi yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 finalına vəsiqə qazanmış “Tottenhem” bu mərhələdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. “Alkmar” isə cari avrokubok mövsümündə iştirakını başa vurub.

Seçilən
2
arena.az

1Mənbələr