Ədliyyə Nazirliyi yazıçı Alla Bossart və politoloq German Obuxovu xarici agentlərin reyestrinə daxil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Agentliyin məlumatına görə, 75 yaşlı Bossart və Obuxov xarici agentlərin materiallarını, Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş məlumatları, habelə Rusiya dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasətlə bağlı yalan məlumatlar yayıblar.