AZ

Böyük Britaniyada saxlanılan bankir Vyaçeslav Platon Moldovaya təhvil veriləcək

Çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunan bankir Vyaçeslav Platon Moldovaya ekstradisiya olunmaq üçün Böyük Britaniyada saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki,  TASS bu barədə Respublika Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Böyük Britaniya hakimiyyəti 25 sentyabr 2024-cü il tarixində təqdim edilmiş sorğuya uyğun olaraq onun saxlanması barədə Moldova Respublikasının Baş Prokurorluğuna məlumat verib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Moldova prokurorları Platonun ekstradisiyası üçün Böyük Britaniyadan olan həmkarları ilə əməkdaşlıq edir.

Seçilən
3
nocomment.az

1Mənbələr