AZ

Onlar Baş Prokurorluğa çağırılıb?

Azərbaycanın tanınmış vəkillərindən olan Hafiz Həsənov, media eksperti Xalid Ağalıyev, ictimai fəallar Bəşir Süleyman və Məmməd Məmmədzadə Baş Prokurorluq Yanında Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu gün günorta saatlarından prokurorluğa çağırılan bu şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə iddialar ortaya çıxıb.

Məlumatlara görə, adıçəkilən şəxslər beynəlxalq qurumlardan qanunsuz qrant almaqda günahlandırılır.

Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı Kənan Zeynalov isə Gununsesi.info-nun əməkdaşı ilə telefon söhbətində onda bu barədə məlumat olmadığını deyib.

“Amma rəsmi sorğu verin, araşdıraq”,-deyə Zeynalov bildirib./Gununsesi.info

Xəbər 7 dəfə oxunub.
Seçilən
3
xezernews.az

1Mənbələr