AZ

Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 156,2 min nəfərə yaşa görə müavinət təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb.
Qeyd edək ki, son 6 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:
1 Yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat);
1 Yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);
1 Yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);
1 Yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);
1 Yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);
1 Yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat).


Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64-dür.

Murad Məmmədov
Seçilən
2
2
yeniavaz.com

3Mənbələr