AZ

Sosioloqdan SENSASİON AÇIQLAMA: Azərbaycanda AİLƏ QALMAYACAQ! 

“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır”.


Bunu Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.


Sosioloq Elçin Bayramlı “Referans”-a açıqlamasında qadınların boşanma prosesinə daha çox meyl etməsinin səbəblərindən danışıb.




“Düşünürəm ki, bu rəqəm rəsmi formada bu qədərdir, real rəqəm isə 90-dır. Bunu Mediasiya Şurasının nümayəndələri də, bütün vəkillər də dəfələrlə rəsmi bəyan ediblər. Ailə institunun dağılması, boşanmaların maksimum həddə çatmasının səbəbi qadınlardır. Digər 10 faiz hallarda isə kişilərin narkomaniyaya, alkoqolizmə meyillənməsinə görə və ya psixoloji problemi olan şəxslərlə bağlı olaraq baş verə bilər. Qalan 90 faiz isə qadınlarla bağlıdır. Buna səbəb isə seriallar, şoular vasitəsilə aparılan təbliğat kampaniyalarıdır. Bu nəticələr isə illər əvvəldən artıq proqnozlaşdırılmışdı. Qadınlara bu vasitələrlə ailənin lazımsız olduğu, kariyera qurmağın daha üstün olmağın aşılanır. Həyatı özünə həsr etmək lazımdır. Varlı həyat yaşamaq daha yaxşıdır və s. Burada artıq dözümsüzlük əmələ gəlir. Artıq qadınlar sadə yaşamaqla qane olmurlar, istədikləri hər şeyi etməyə çalışırlar. Bunlar hər biri “dəblə yaşamaq”, “azad qadın” və s. adı altında aparılan təbliğatlardır”.


Ekspert qeyd edib ki, Azərbaycanda ailələrin dağılmasının 90 faizi mənəvi səbəblərlə bağlıdır.


“Ailələrin dağılmasında xəyanət faktorunun, dözümsüzlük faktorunun da rolu var. Həmçinin eqoizm faktoru da boşanmalarda böyük rol oynayır. 10 faiz hallarda isə sosial - iqtisadi səbəblərin də rolu mövcuddur. Həddindən artıq yoxsulluq, keçimsizlik və s. də ailə faktoruna təsir göstərir”.


Sosioloq boşanmalardan yaranan əsas problemin aliment olmadığını bildirib. Burada əsas problem yetim qalan uşaqlardır.


“Boşanma əsnasında əsas zərər uşaqlara dəyir. Bu çox ciddi bir problemdir. Aliment məsələsi isə ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır. Bugünkü insanların gəlirləri aliment ödəməyə imkan vermir. Minimum əməkhaqqı məlumdur 400 manat, orta əməkhaqqı isə maksimum 600 manatdır. Bu maaşla isə alimentin ödənilməsinə əl vermir. Yəni aliment verməyənlərin 90-95 faizində qəsdən verməmək deyil, verə bilməmək məsələsidir. Səbəb isə işsizlik və maaş azlığıdır”.

 

Fidan Vəlisoy

Seçilən
6
1
referans.az

2Mənbələr