Son vaxtlar ən çox qazanclı peşələrdən biri bloqçuluqdur. Blogerlər müxtəlif sosial platformalarda çıxış edərək həm məşhurlaşır, həm də gəlir əldə edirlər. Görəsən, bu işin mahiyyəti və özəllikləri nədir? Bu peşə ilə necə pul qazanırlar?
Məsələ ilə bağlı bloger Vüsal Yusifli KONKRET.az-a açıqlamasında bildirib ki, bu, blogerin fəaliyyətindən asılıdır.
“Bloger sosial şəbəkələrdə gülməli video paylaşırsa, ona uğur qazandıran toxunduğu mövzudur. Hansı ki, gündəlik həyatımızda həmin hadisələrlə rastlaşırıq. Bunu sadecə gülməli tərzdə göstərirlər. Sonra isə hər hansı məhsulu və ya xidməti reklam edirlər. Əsasən, enerji içkilərinin reklamını həyata keçirirlər. ikinci kateqoriya var ki, əsasən faydalı məlumatlar paylaşırlar. Həmin blogerlər ya yemək bişirir ya da hər hansısa xüsusi ixtisas üzrə məlumat paylaşımı edirlər. Bu zaman necə məhşurluq qazanırlar? Onların toxunduğu əsas məqamlar var ki, insanlar onu asanlıqla dərk edirlər. Bunun sayəsində videoları çoxlu sayda baxış əldə edir. Əslində faydalı məlumatlar paylaşan blogerlərin pul qazanmaq məsələsi çətindir. Amma daha uzunmüddətlidir. Fikir versək görərik ki, 3-4 il bundan əvvəl gülməli videolar paylaşan və yaxud da məhsulları reklam edən şəxslərin çoxu artıq nəzərə çarpmır. O, insanları yeniləri əvəz edir. Mütəmadi olaraq bu gülməli videolar döngəsi yenilənir. Lakin faydalı məlumatlar paylaşan blogerlər gülməli kontentlər bölüşənlər kimi öncə uğur qazanıb, anidən aşağı düşmürlər. Ümumiyyətlə, faydalı məlumat paylaşan blogerin danışıq tərzi, tələffüzü, üz cizgiləri insanlara xoşdursa, həm yerli, həm də xarici brendlər onlarla çalışmaq istəyir. Sırf xanımlara özəl paylaşımlar edən blogerlər də var ki, onların faydalılıq əmsalları kişilər üçün şübhə altındadır. Bəs onlar necə məhşurluq qazanır? Çəkdikləri videolar, öz şux həyatları ilə məhşurluq əldə edirlər. Paltar brendləri, kosmetik brendlər, gözəllik xidmətləri bu blogerlərin fəaliyyətindən istifadə edir.”
Aynurə İsmayıl
KONKRET.az