AZ

SON DƏQİQƏ! Bölgə klubu Premyer Liqadan imtina etdi

Azərbaycan I Liqasında mübarizə aparan “Zaqatala” klubu gözlənilməz addım atıb.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Premyer Liqa üçün AFFA-ya müraciət etməyib. Buna səbəb klubdakı maliyyə durumudur.

Rəhbərlik büdcənin yetərsiz olduğu üçün tələb edilən meyarları qarşılaya bilmir. Klub stadion və digər infrastruktur məsələlərini həll etmək iqtidarında deyil.

Bu səbəbdən də “Zaqatala” Premyer Liqa üçün federasiyaya müraciətin yersiz olduğuna qərar verib.

Xatırladaq ki, mövsüm sonu I Liqadan 3 komanda elitaya yüksələcək.

 

 

 

Seçilən
5
idmanxeber.az

1Mənbələr