Premyer Liqada XXVII tura bu gün start veriləcək.
Sportinfo.az xəbər verir ki, günün yeganə oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da "Liv Bona Dea Arena"da start götürəcək. Naxçıvan təmsilçisi 46 xalla üçüncü, qonaqlar 27 xalla yeddinci pillədə qərarlaşıb.
Tura martın 16-da yekun vurulacaq.

19:00. “Araz-Naxçıvan” – “Şamaxı” 0:0
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.