AZ

NDU-nun müəllimləri APTIS beynəlxalq səviyyəli ingilis dili imtahanında iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin müəllimləri üçün (NDU) artıq dörd aydır davam edən beynəlxalq layihə üzrə təlimlər yekunlaşıb. Layihə British Council, BP və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.  Təlimlərdə universitetin ingilis dili müəllimləri və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən müəllimlər iştirak ediblər.

Proqrama uyğun olaraq müəllimlərin ingilis dili nəzəri bilikləri və tədris bacarıqları təkmilləşdirilib. Bu əsasda onların yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilib. Britaniya konsulluğunun dörd təlimçisi nəzərdə tutulan dərsləri əsaslı onlayn təlimlərlə keçib. 120 saatlıq onlayn təlimlər öncə 39 müəllimin iştirakı  ilə başlanıb. Yekunda isə təlimləri uğurla tamamlayan 28 müəllim imtahanda iştirak hüququ qazanıb. 13-14 mart tarixlərində NDU-nun IELTS Mərkəzində  yekun APTIS imtahanı keçirilib. Layihədə iştirak edən müəllimlərin  ingilis dili biliyi qiymətləndirilib. 

Qeyd edək ki, APTIS ingilis dilinin qiymətləndirilməsi sahəsində ən son tədqiqatlara əsaslanan beynəlxalq səviyyəli ingilis dili təlimidir. Təlimləri uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək.

XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr