AZ

DİN-dən kibertalama cinayətləri ilə bağlı növbəti ÇAĞIRIŞ (VİDEO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi kibertalama cinayətləri ilə bağlı növbətidəfə vətəndaşlara müraciət edib.

Trend-inməlumatına görə, müraciətdə bildirilib ki, dəfələrlə edilənxəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanmasıhallarına rast gəlinməkdədir.

"Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onudeməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul vəvasitələrlə aldadılıb. Əvvəlcə mülayim və inandırıcı səslə özünübank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur.

Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxiləedildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Köməketməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir.

CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP vəya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir.Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxsləbölüşməyin.

Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!", -nazirliyin müraciətində deyilir.

Seçilən
7
35
az.trend.az

10Mənbələr