AZ

Ermənistanla sülhün bir addımlığında... - Rusiya, İran, ya da Fransa kimi ölkələr prosesi poza bilərlər?

Dünən Azərbaycanın xarici işlər naziri Ermənistanla sülh müqaviləsinin bütün maddələrinin razılaşdırıldığını bildirdi...

Politoloq: “Ermənistan konstitutsiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının hüququ zəmində aradan götürülməsi sülh üçün çox mühüm başlanğıcı yaradacaq”.

“Əlbəttə, sülh əleyhinə dünya erməniləri və Ermənistanı dəstəkləyən dövlətlər hansısa fəaliyyətlər təşkil edə bilərlər. Bu təxribatlar və siyasi təxribatlar ola bilər”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın sülhlə bağlı addımını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin bütün maddələrinin razılaşdırıldığını bildirib. Lakin belə görünür ki, sülh müqaviləsi Ermənistanda konstitutsiya dəyişikliyindən sonra imzalanacaq. Buna isə ən azı yarım il vaxt lazım olacaq.

Dünyada geosiyasi parametrlərin sürətlə dəyişdiyini nəzərə alarsaq, Rusiya, İran, Fransa kimi bir sıra ölkələr sülh prosesini poza bilərlərmi?

Azərbaycan-Ermənistan arasındakı münasibətlərin son mərhələsini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Üçüncü dövlətlər Azərbaycan-Ermənista sərhəddində hər hansı bir şəkildə mövcud olmamalıdırlar. Bu da Avropa İttifaqının regionu tərk etməsi anlamını verir”.

Ermənistan konstitutsiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının hüququ zəmində aradan götürülməsi sülh üçün çox mühüm başlanğıcı yararadacğını proqnoz edən politoloq əlavə edib ki, sülh müqaviləsinin harada imzalanması da prinsipial olmasa da, aktuallıq kəsb edir:

AzərbaycanErmənistan arasında sülh labüddür, aktualdır. Eləcə də, Azərbaycan sülhə açıq yanaşır. Bizim Ermənistandan haqlı tələblərimiz vardı. Bu konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması idi. Digər tərəfdən sülh müqaviləsinin açıq qalan iki hissəsi də reallaşmalıdır. Bu beynəlxalq meydançalarında bir-birinə qarşı dövlətlərin şikayət və vəsaitlərinin aradan qaldırılması ilə bağlıdır. Digər tərəfdən üçüncü dövlətlər Azərbaycan-Ermənistan sərhəddində hər hansı bir şəkildə mövcud olmamalıdırlar. Bu da Avropa İttifaqının regionu tərk etməsi anlamını verir. Bu da Avropa İttifaqının regionu tərk etməsi anlamını verir.

Əlbəttə, sülh əleyhinə dünya erməniləri və Ermənistanı dəstəkləyən dövlətlər hansısa fəaliyyətlər təşkil edə bilərlər. Bu təxribatlar və siyasi təxribatlar ola bilər. Amma dövlətlərin siyasi iradə ortaya qoyması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fəaliyyətin təşkili, Türkiyə-Ermənistan sərhəddinin açılması və digər bu kimi ümumi yanaşmalar sülhü daha da yaxın edəcək.

Hesab edirəm ki, Ermənistan konstitutsiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının hüququ zəmində aradan götürülməsi sülh üçün çox mühüm başlanğıcı yaradacaq. Hətta, sülh müqaviləsinin harada imzalanması da prinsipial olmasa da, aktuallıq kəsb edir. Düşünürəm ki, bütün bu məsələlər öz həllini tapmalı və sülh üçün Ermənistan daha konstruktiv etimada əsaslanan, gələcəyə yol açan davranış sərgiləməli vı sülh daha da mümkün olmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr