AZ

COP29-da əldə olunmuş razılaşmalar böyük ümidlər verir - Tacikistanın keçmiş xarici işlər naziri

Bakı. Trend:

Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən COP29-da əldə olunmuşrazılaşmalar böyük ümidlər verir.

Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində “COP29:Belemə sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusundapanel müzakirəsi zamanı 2016-2018-ci illərdə ŞƏT-in baş katibi,1992-1994-cü illərdə Tacikistanın xarici işlər naziri Rəşid Alimovdeyib.

"İcazə verin, Azərbaycan hökumətini COP29-a uğurla ev sahibliyietməsi münasibətilə təbrik edim. Azərbaycanın sədrliyi çərçivəsindəəldə olunmuş razılaşmalar bizə böyük ümid verir. Xüsusilə,İtaliyada COP27-də yaradılmış İtki və Zərər Fondunun tam fəaliyyətəbaşlayıb. Bu, çoxdan gözlənilən qərar idi. Fondun səmərəliişləməsi, şəffaf şəkildə, xüsusilə də dövlətlərin bu tələblərəcavab verməsi və dəstək verməsi vacibdir. Və təbii ki, ən vacibiodur ki, fond lazımi maliyyəni alsın", - o bildirib.

Alimov qeyd edib ki, Tacikistan 2032-ci ilə qədər tamamilə bərpaolunan enerji mənbələrinə keçmək niyyətindədir.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

3Mənbələr