AZ

Baş nazir sənədsiz evlərin rəsmiləşdirilməsindən danışdı VİDEO

Sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsi hökumətin əsas vəzifələrindəndir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin ötən il üzrə hesabatının təqdimatı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, sosial məsələlərin həllinə daim diqqət göstərilir. Bu il yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunub. Səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması bu il də davam edəcək.

Hesabatda həmçinin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələyə də toxunulub. Bildirilib ki, bu məsələnin nizamlanması üçün Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən iş davam etdirilir. Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi sənədlər olmadan aparılmış tikililər, o cümlədən sənədləşdirilməmiş fərdi yaşayış evləri ilə bağlı problemlərin həll edilməsi üçün son illərdə bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.

Qəzalı binalarla bağlı problemlərin həlli üçün, o cümlədən, inventarizasiya və mənzil köçürülməsi işləri də aparılıb. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə də bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir. Ötən il 10 mindən çox insan azad olunan ərazilərə köçürülüb.

Əli Əsədov hökumətə təqdim olunan, lakin qəbul edilməyən məsələlərə də toxunub. Baş nazir qeyd edib ki, müddətli həqiqi hərbi xidmətin orta təhsillilər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün isə 12 aydan 6 aya endirilməsi ilə bağlı təklif qəbul edilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
6
xezerxeber.az

1Mənbələr