AZ

"Çelsi" Portuqaliya klubunun futbolçusunu transfer edəcək

İngiltərə təmsilçisi "Çelsi" Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Covani Kendanı transfer edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Sözügedən keçid "zadəganlar"a 50 milyon avroya başa gələcək. 17 yaşlı futbolçu londonluların heyətinə 2026-cı ildə qoşulacaq və 7 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, C.Kenda cari mövsüm meydana çıxdığı 43 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
bakivaxti.az

1Mənbələr