Dərs vaxtı şagirdi qaçırılan qız ailəsinə təhvil verildi
Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib. Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.