Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbaxça” və “Qalatasaray” komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.Manset.az NTV Spor-a istinadən xəbər verir ki, qarşılaşma aprelin 2-də təşkil olunacaq.
“Fənərbaxça”nın stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.