İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Görüşdə Azərbaycan və İtaliyanın biznes tərəfdaşlığı, ölkələrimizi təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.