AZ

Putin: Rusiya və Venesuela tərəfdaşlıq və əməkdaşlıq sazişi haqqında razılığa gəliblər

Rusiya və Venesuela strateji tərəfdaşlıq və əməkdaşlıq sazişi haqqında razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduro ilə danışıqlar zamanı bildirib.

“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş tam razılaşdırılıb və bu, çoxşaxəli əlaqələrin uzunmüddətli perspektivdə daha da genişləndirilməsi üçün yaxşı, möhkəm zəmin yaradacaq”, – dövlət başçısı bildirib.

Putin əlavə edib ki, sənəd Maduronun Rusiyaya səfəri zamanı imzalana bilər.

Seçilən
13
nocomment.az

1Mənbələr