Belarus Avropa və ABŞ ilə yaxşı münasibətlər istəyir , lakin Rusiya ilə münasibətlər həmişə prioritet olacaq.
Bu barədə Belarus lideri Aleksandr Lukaşenko məlumat verib.
“Biz MDB, ŞƏT və BRİKS ölkələri ilə hərtərəfli əməkdaşlıqda maraqlıyıq. Biz qonşumuz Avropa ilə, Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər istəyirik, lakin sizinlə, Rusiya ilə xüsusi, ən yaxın, qardaşlıq münasibətlərimiz həmişə bizim əsas prioritetimiz olub və olacaq”, - Lukaşenko Rusiya Federasiyası Federasiya Şurasının iclasında çıxışı zamanı deyib.
O, həmçinin əlavə edib ki, əgər ölkəsi seçim etsə, həmişə Rusiyanın tərəfində olacaq. Onun sözlərinə görə, Belarus və Rusiya Federasiyası müxtəlif resurs potensialına baxmayaraq, sənayedə bir-birini yaxşı tamamlayır.