AZ

"Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün mühüm addımlar atılır" - DEPUTAT

"Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün mühüm addımlar atılır" - DEPUTAT"Mən düşünürəmki, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.
Cəmiyyətin inkişafında uşaq və gənclərin fiziki və mənəvi inkişafının əsaslı rol oynadığı nəzərə alınaraq, ölkəmizdə bu sahəyə xüsusi diqqət var. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan üçün uşaq və gənclərin fiziki və mənəvi inkişafı prioritet məsələ olaraq hələ ilk gündən qəbul olunub. Elə ilk gündən də bu sahəyə qayğı göstərilib və son illər bu qayğının, diqqətin daha da artdığı göz önündədir. Bu qayğını hər bir sahədə müşahidə etməkdəyik".

Bunu Sonxeber.az-a deputat Müşfiq Cəfərov danışıb.

"Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün mühüm addımlar atılır" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün dövlətin uşaq siyasətini uğurla davam etdirir:

"Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verirki, uşaqların mənəvi inkişafı ölkəmizin əsas prioritetlərindən biridir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur.
Bu gün ölkəmizdə gənclər mərkəzləri, uşaqlar, eyni zamanda gənclər üçün yaradıcılıq birlikləri var. Kütləvi olmasa belə, hər rayonda bu mərkəzlər fəaliyyət göstərir. Bu, tamamilə dövlət hesabına həyata keçirilir. Həmin mərkəzlərdə uşaq və gənclərin mənəvi istirahəti və inkişafı üçün kurslar təşkil edilir.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün dövlətin uşaq siyasətini uğurla davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə gənc nəslin təlim-tərbiyəsinin yüksəldilməsinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, ölkənin sürətli inkişafı fonunda uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr həyata keçirilib".

Sonxeber.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli isə qeyd edib ki, Azərbaycan gəncliyinin gələcəkdə, dövlətin inkişafında xüsusi rol oynması üçün bütün şərait yaradılmaqdadır:

"Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün mühüm addımlar atılır" - DEPUTAT"Təbii ki, hər bir dövlətin gələcəyi yetişdirilən gənc nəsildən asılıdır. Əgər, savadlı və ölkəsinə xeyir vermək qabliyyətində yüksək ixtisaslara sahib olmuş gənc nəsil yetişdirilərsə dövlət daha da inkişaf edə bilər. Bu baxımdan Azərbaycan da qətiyyən istisna deyil, burada da gənc nəslin inkişaf etdirilməsi , dövlətçilik ruhunda tərbiyə olunması istiqamətində olduqca ciddi addımlar atılır. Xüsusil də uşaqların hüquqlarının qorunması, gənclərin dövlətin, ölkənin, xalqın maraqları çərçivəsində tərbiyə olunması, təhsil alması və yararlı mütəxəsislər kimi yetişdirilməsi istiqmətində addımlar atılır və istiqamətdə qaunvericilik aktları qəbul olunur. Ən əsası Azərbaycan gəncləri vətənpərvərlik, azərbaycançılıq əhval-ruhiyyəsində tərbiyə olunmaqdadır. Azərbaycan dövləti bu məsələyə olduqca ciddi diqqət yetirir. Gənclərin kənar təsirlərdən qorunması üçün olduqca ciddi addımlar atılır. Ziyanlı vərdişlərdən uzaq tutlmaları üçün gənclərin maarifləndirilməsi istiqamətində olduqca önəmli müzakirələr aparılır və bu istiqamətdə artıq müəyyən nəticələr də mövcuddur. Yəni, Azərbaycan gəncliyinin gələcəkdə, dövlətin inkişafında xüsusi rol oynması üçün bütün şərait yaradılmaqdadır. Son illərdə də yetişmiş gənc nəslin inkişaf səviyyəsi bunu sübut edir və yəqin ki, yaxın gələcəkdə bu proses daha intensiv, təsiredici məzmun və xarakter daşımış olacaq".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusuna uyğun olaraq dərc edilir.
"Bu gün də ölkəmizdə uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün mühüm addımlar atılır" - DEPUTAT

Seçilən
5
sonxeber.az

1Mənbələr