Son olaraq Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəssr'' ilə səfərdə 2:2 bərabərə qalan Fatih Terimin komandası ''Əl-Şabab''la bağlı transfer xəbəri yayılıb.
''Football-plus.az'' xəbər verir ki, Ər-Riyad təmsilçisində maddi problemlərin olmasına və komandanın faktiki olaraq ciddi iddiasının qalmamasına baxmayaraq rəhbərlik tanınmış türkiyəli mütəxəssisdən razıdı.
''Əl-Şabab'' yeni mövsümə də Terimlə davam etmək və onun tələb etdiyi oyunçuları almaq niyyətindədi. ''İmperator''un bir nömrəli hədəfi isə ''Qalatasaray'' və Türkiyə yığmasının ulduz vingeri Yunus Akgündü. Komandasının hücum potensialını artırmaq istəyən Terim Yunusun ''Cim-Bom''dakı durumunu yaxından təqib edir.
Türkiyə mətbuatının iddiasına görə ''Əl-Şabab'' Akgün üçün 20 milyon avro təklif etməyə hazırdı! Futbolçunun özünə isə illik 5 milyon avroluq maaş təklif olunacaq. Yunusun İstanbul nəhəngi ilə müqaviləsinin müddəti 2026-ya qədərdi.
''Qalatasaray'' rəhbərliyi artıq neçə vaxtdı, onunla yeni müqavilə ilə bağlı danışıqlar aparsa da, hələ ki, anlaşmaq mümkün olmayıb. Daha bir şayiələrə görə Yunusun müqaviləsində sərbəst qalma maddəsi də mövcuddu. ''Qalatasaray'' yeni müqavilə imzalamaqla yanaşı bu maddəni də aradan götürməyə çalışır. Akgünün həm sərfəli təklif, həm də Terim amilinə görə bu yay Səudiyyə Ərəbistanı yollanmağa razılıq verəcəyi istisinə edilmir.
24 yaşlı futbolçu mövsüm 32 rəsmi oyunda 11 qol, 7 məhsuldar ötürməlik performans sərgiləyib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta