Bakı. Trend:
Hərbi sığorta, zəmanətlər, risk sığortası, o cümlədən, siyasialətlər münaqişədən sonrakı şəraitdə özəl sektorun dəstəklənməsi vəinvestisiyaların stimullaşdırılmasında mühüm rol oynaya bilər.
Trend-inməlumatına görə, bunu Moldovanın 2021-2023-cü illərdə baş naziriolmuş Nataliya Qavrilitsa XII Qlobal Bakı Forumu çərçivəsində "Sülhnaminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik"mövzusunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, təhlükəsizlik təminatları və beynəlxalqsəviyyədə tanınmış qaydalar bizneslərin proqnozlaşdırılabilənşəraitdə fəaliyyət göstərmələrini və münaqişədən sonra regionlarınyenidən qurulmasında inamla iştirakını təmin etmək üçünəsasdır.
"Mən, həmçinin, hökumətlərə və özəl sektora müharibədən sonrakıyenidənqurma risklərini bölüşməyə imkan verən maliyyə alətlərininvacibliyinə inanıram. Münaqişədən sonrakı inkişafa investisiyalarınaktiv şəkildə planlaşdırılması təhlükəsizlik zəmanətlərinigücləndirə və yeni müharibələrin qarşısını almağa kömək edə bilər",- Qavrilitsa qeyd edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.