AZ

"Azad edilmiş ərazilərdə 8 şəhərin Baş planı və 90 kəndin planlaşdırılması başa çatıb"

Bugünkü paneldə işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə danışdıq. Digər iştirakçılar da qeyd etdilər ki, Azərbaycan ərazilərin bərpası ilə vağlı özünəməxsus modeli ortaya qoyub. Biz mükəmməl planlaşdırma aparırıq. Dünyada və regionda ən yaxşı şəhərləri inşa edirik.

Ekologiya.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O əlavə edib ki, ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə 8 şəhərin Baş planı tam başa çatdırılıb:

"90 kəndin planlaşdırılması da başa çatıb. Bu gün həmin ərazidə 30 min insan yaşayır".

Seçilən
28
ekologiya.az

1Mənbələr