AZ

"Tramp Putinlə danışmayıb" -Ağ Ev

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp deyil, onun xüsusi nümayəndəsi Stiven Uitkoff danışıb".

TASS-ın yaydığı məlumata görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt D. Trampın rusiyalı həmkarı ilə danışıqlar barədə bəyanatına toxunarkən deyib.

"Xeyr, danışmayıb. Putinlə Moskvada Uitkoff danışıb", - deyə K. Levitt brifinqdə bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıdığını açıqlayıb.


Seçilən
9
5
news365.az

10Mənbələr