Ermənistan Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmamasını qəbul edib.
Xezerxeber.az-ın məlumatına görə, bunu XII Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
O deyib ki, sülh sazişi mətninin razılaşdırılması fonunda bu faktorun aradan qaldırılması vacibdir.
Elnur Məmmədov əlavə edib ki, bundan sonra rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir.
Qeyd edilib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.