Estoniya Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin (ROK) rəhbəri Mixail Deqtyarevə qarşı sanksiya tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, qərar Deqtyarev Aİ-nin sanksiyalar siyahısından çıxarıldıqdan sonra qəbul edilib.
“Mən Macarıstanın təzyiqi ilə Aİ-nin sanksiya siyahısından çıxarılan Kantor, Deqtyarev və İsmayılovaya qarşı dövlət maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldim”, – Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.
Estoniya biznesmen Vyaçeslav Kantor və iş adamı Əlişir Usmanovun bacısı Gülbaxor İsmayılovaya da sanksiya tətbiq edib.