Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir.
“Biz sülh prosesinin daha da irəliləyişinə və Bakı ilə İrəvan arasında qalan məsələlərin, o cümlədən sülh sazişinin imzalanması üçün zəruri olan məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, ümumi sərhədin delimitasiyası və humanitar məsələlərin tərəfdaşlar üçün məqbul olan həddə və formada həllinə hər cür kömək göstərməyi hədəfləyirik. Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvana səfər etməyə hazırdır.
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya meydançasını təqdim etmək təklifimizi təsdiq edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.