Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının həkimləri bir neçə aydır əməkhaqlarını ala bilmirlər. Bununla bağlı xəstəxana kollektivi arasında narahatlıq yaranıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödənişləri vaxtı-vaxtında həyata keçirir, lakin Tədris-Cərrahiyyə Klinikası tərəfindən müvafiq ödənişlər vaxtında verilmir.
Mənbə bildirir ki, Tədris-Cərrahiyyə Klinikasında texniki təminatla bağlı da problemlər var. Belə ki, sözügedən xəstəxanada MRT və anjio aparatları işləmir.
Məsələ ilə bağlı Bizim.Media Tədris-Cərrahiyyə Klinikasına sorğu ünvanlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, klinikada bütün tibbi heyətin, o cümlədən həkimlərin əməkhaqları vaxtında ödənilir:
“Müraciətdə qeyd olunan məsələyə gəldikdə isə, bəzən həkimlərə verilən bonusların gecikməsi halları yaşana bilir. Bunun səbəbi ay ərzində bonusların hesablanması məqsədilə reyestrlərin yoxlanılması prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır”.
Mövzunu diqqətdə saxlayacağıq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta