AZ

Akademiyada nəzəri və praktiki cüdo dərsləri - FOTO

Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I və II kurs tələbələri üçün nəzəri və praktiki cüdo dərsləri keçirilir.

İdman.biz xəbər verir ki, dərslər akademiyanın Azərbaycan Cüdo Federasiyası (ACF) və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında bağlanan üçtərəfli anlaşma memorandumuna əsasən təşkil olunub.

Tədris prosesi müvafiq cədvələ uyğun olaraq ACF-in Təlim-Məşq Mərkəzində həyata keçirilir. Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli ekspertlər cəlb olunub.

Tələbələr dərslərdə beynəlxalq məşqçilik standartlarına uyğun proqram əsasında biliklər əldə edir və praktiki bacarıqlar qazanırlar.

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr