“Bu gün sürətlə dəyişən dünyada qlobal sabitlik yaxın aylarda, hətta illərdə əldə edilməyəcək”, - Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”-a açıqlamasında belə deyib.
Rəsmi Bakının qonşu Ermənistanla münasibətlərinin hazırkı vəziyyətindən danışan Azərbaycan prezidenti deyib ki, “bugünkü vəziyyətin böyük üstünlüyü” ondadır ki, son beş il sakit keçib.
İlham Əliyev “Sülh sazişi imzalanmayana qədər burada (regionda) sabitlik olmayacaq”, - deyə fikrini yekunlaşdırıb.
Elbəyi Həsənli. Sürix
MİA.AZ