AZ

"Haber Global": "Bakı Ermənistandan konstitusiyasını yeniləməsini gözləyir"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı süjet hazırlayıb.

Ölkə.az telekanala istinadla xəbər verir ki, materialda martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumuna geniş yer verilib.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin açılış tədbirində Forumun dünya problemlərinin həll edilməsi istiqamətindəki rolundan danışması xüsusi vurğulanıb.

"Ötən gün forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Nazirin forum çərçivəsində açıqladığı məsələlər gündəmi dəyişdi. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi üzrə razılaşma əldə olunmuşdu. Ceyhun Bayramov da martın 13-də son iki maddə ilə bağlı da razılaşma əldə olunduğunu dedi", - materialda vurğulanıb.

Süjetdə, həmçinin qeyd olunub ki, rəsmi Bakı Ermənistandan konstitusiyasını yeniləməsini və Azərbaycana qarşı olan ərazi iddialarının əsas qanundan çıxarılmasını gözləyir. Digər məsələ isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır.

Ətraflı süjetdə:

Seçilən
43
5
olke.az

10Mənbələr