AZ

Arteta: “Saka geri qayıtmağa yaxınlaşır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta mətbuat konfransında vinger Bukayo Sakanın durumu haqda danışıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunun yaşıl meydanlara qayıtmağa hazırlaşdığını bildirib:

“Saka geri qayıtmağa yaxınlaşır. Deyərdim ki, o, yaxşı inkişaf edir. Biz ona komanda ilə məşq etməyə icazə verəndə onun necə reaksiya verəcəyini, hansı formada olduğunu görəcəyik”.

Zədəsi səbəbindən Saka sonuncu dəfə dekabrın 21-də meydana çıxıb.

Bazar günü, martın 16-da “Arsenal” İngiltərə çempionatının ev oyununda “Çelsi” ilə qarşılaşacaq.

Başlanğıc fiti Bakı vaxtı ilə saat 17:30-da səslənəcək.

Seçilən
7
futbolpress.az

1Mənbələr