AZ

"Azərbaycan millisində bu işə Fernandu Santuş start verdi"

Futbol mütəxəssisi Adil Şükürov Sportinfo.az-a açıqlama verib.

O, Fernandu Santuşun Haiti və Belarus milliləri ilə yoxlama görüşləri üçün Azərbaycan millisinə dəvət etdiyi 25 nəfərlik siyahını şərh edib:

"İlkin baxışdan görsənən odur ki, millinin heyətində mərhələli şəkildə cavanlaşma prosesinə Fernandu Santuş start verib . İndiki dönəmdə bu məqsədə uyğundur. Yoldaşlıq oyunudur və bu oyunlarda gəncləri dəvət edərək yoxlamaq məqsəd uyğundur ki, rəsmi oyunlara qədər bu futbolçular barəsində məşqçi də ümumi bir fikir formalaşsın".

Şükürov Birinci Liqadan əsas milliyə dəvət alan Şahin Şahniyarovdan da söz açıb:

"Şahin Şahniyarov keçən il "Qəbələ"nin heyyətində Premyer Liqanın bir neçə oyunundan əsas heyətdə meydanda olmuşdu. Elə o zaman sa oyunlarda bu futbolçu ümumən yaxşı təsir bağışlayırdı . Fernandu Santuş son oyunlarını izləyib və yəqin ki, futbolçunun performansını elita komandalarında çıxış edən futbolçularla bərabər olduğunu düşünürək milli komandaya dəvət edib".

"Kəpəz"in sabiq çalışdırıcısı Emin Mahmudovun kənarda qalmasına təəccübləndiyini sözlərinə əlavə edib:

"Məncə, Emin Mahmudovun son vaxtlar "Neftçi"nin heyətində göstərdiyi oyunlara baxdıqda milliyə dəvət olunan oyunçuların arasında o da olmalıydı . Həm də nəzərə almaq lazımdır ki, Emin Mahmudov milli komanda da bombardirlər siyahısında birinci ola bilər".

XANOĞLAN

Seçilən
4
sportinfo.az

1Mənbələr