Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Qusar rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi təşkil olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, din xadimlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələrinin və qazilərin, Vətən müharibəsi iştirakçılarının, aztəminatlı ailələrin iştirak etdiyi iftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbətlər edilib.
İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb.
150 nəfərdən çox sakinin iştirak etdiyi iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.
S. Məmmədxanov Ramazan ayı münasibəti ilə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla, müzəffər ordumuzun əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri təbrik edib, edilən duaların Allah dərgahında qəbul olunmasını arzulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta