AZ

Bu ildən rayonların hakimləri birbaşa xalq tərəfindən seçiləcək



Bu ildən başlayaraq Qazaxıstanda bütün rayonların hakimləri birbaşa xalq tərəfindən seçiləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. O bildirib ki, müxtəlif səviyyələrdə keçirilən məsləhət seçkiləri nümayəndəli orqanların işinə yeni təkan verib:

"Rayon və rayon məclislərinin deputatlarının 90 faizi birmandatlı dairələrdən, yəni birbaşa səsvermə yolu ilə seçilib. Prezident tərəfindən hakimiyyət sistemində belə genişmiqyaslı dəyişiklik indiyədək heç vaxt müşahidə olunmayıb".

Tokayev yerli hakimiyyətə getdikcə daha çox yeni insanların gəldiyini deyib:

"Son üç ildə 72 faiz kənd icra başçısı dəyişdirilib. Onların üçdə biri əvvəllər dövlət vəzifəsi tutmayan vətəndaşlardır. Bir sözlə, regionlarda icra hakimiyyətinə yeni insanlar gəlir".

Mehman Mehdiyev
Seçilən
2
newscenter.az

1Mənbələr