AZ

Zaxarova: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq

Rusiya ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır.

Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır.

Zaxarova onu da deyib ki, Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına və regionda nəqliyyat kommunikasiyalarının bərpa edilməsinə yardım göstərməyi hədəfləyir.

Seçilən
3
7
operativmedia.az

10Mənbələr