“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Məmmədzadə saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, onlar Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.
B.Süleymanlı və M.Məmmədzadə vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Onlar barəsində qətimkan tədbirləri seçilməsi üçün məhkəməyə təqdimat verilib.