AZ

İsrail və ABŞ ilə bağlı iddia: "Şərqi Afrika ölkələri ilə sürgün üçün danışıqlar aparılır"

İsrail rəhbərliyi və ABŞ prezidentinin fələstinliləri Qəzza zolağından çıxarmaq planı ilə bağlı Şərqi Afrika ölkələri ilə əlaqə saxladığı iddia olunur.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, Təl-Əviv və Vaşinqton hökumətləri 1991-ci ildə Somalidən birtərəfli müstəqillik elan edən Sudan, Somali və Somaliland ilə qəzzalıların deportasiyası planını müzakirə etmək üçün danışıqlar aparıblar.

Bildirilib ki, ABŞ və İsrail administrasiyaları fələstinlilərin bu üç bölgəyə göndərilməsini müzakirə etmək üçün bir-biri ilə əlaqə saxlayıblar.

Sudan rəsmiləri ABŞ-dən gələn təklifi rədd etdiklərini, Somali və Somaliland rəsmiləri isə hər hansı əlaqədən xəbərsiz olduqlarını bildiriblər.


Seçilən
7
sherg.az

1Mənbələr