AZ

Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər - Anqolanın sabiq XİN rəhbəri (ÖZƏL)

Bakı. Trend:

Anqola Respublikasının Azərbaycanla əvvəldən çox gözəl əlaqələrivar.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaAnqolanın sabiq xarici işlər naziri Manuel Dominqes Auqustodeyib.

O, Anqolanın neft və qaz istehsalçısı olduğunu qeyd edərək,onların xüsusən də bu sahədə Azərbaycanla əməkdaşlığının çox yaxşıolduğunu bildirib.

Bundan başqa, sabiq nazir Qlobal Bakı Forumundan gözləntilərinidə bölüşüb:

"Bu xüsusda mən ilk dəfə Qlobal Bakı Forumunda iştiraketməyimdən çox şadam. Bakı heyrətamiz bir foruma ev sahibliyi edir.Azərbaycanlılar Azərbaycan hökumətinin, zati-aliləri, PrezidentƏliyevin bu təşəbbüsü ilə fəxr etməlidirlər.

Hesab edirəm ki, bu, beynəlxalq münasibətlər üçün mühümforumdur. Xüsusən ona görə ki, iştirakçılar müxtəlif ölkələrdən vəregionlardan hökumətdə və beynəlxalq təşkilatlarda olmuş çox mühüminsanlardır".

"Hesab edirəm ki, buradakı müzakirələr dünyanın üzləşdiyi əsasproblemlərin həllinə töhfə verə bilər. Xüsusən də Avropada,Ukraynadakı müharibə, həmçinin Yaxın Şərqdə Qəzzadakı vəziyyətiqeyd etməliyəm.

Biz bir daha Azərbaycan hökumətini təbrik etməliyik ki, dünyanınmüxtəlif bölgələrindən olan fərqli insanların Bakıda görüşməsinə vəbəşəriyyət üçün olduqca əhəmiyyətli problemlərin müzakirəedilməsinə şərait yaradıb", - sabiq nazir vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Seçilən
7
2
az.trend.az

3Mənbələr