AZ

Milli Qəhrəmanın atası dünyasını dəyişdi

Tovuzda Milli Qəhrəmanın atası dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə,  Azəbaycan Respublikasının Milli Qəhrəmanı, birinci Qarabağ savaşı şəhidi, Naiq Nəsir oğlu Yusifovun atası Nəsir Yusifov Tovuzun Ağdam kəndində  dünyasını dəyişib.

Məlumatına görə N.Yusifov 93 yaşında haqq dünyasına qovuşub. O sabah Tovuz rayonunun Ağdam kəndində dəfn olunacaq.

Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Yusifov Naiq Nəsir oğlu 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulub. 1987-ci ildə burada orta məktəbi bitirib, 1988-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. Hərbi xidmətini Gürcüstan Respublikasının Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa vurub və 1990-cı ildə vətənə qayıdıb. Bir müddət sonra yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaəti ilə fərqlənib, dəfələrlə igidlik göstərib. 1992-ci il 24 martda Tovuz rayonunun Koxa - Nəbi kəndinə ermənilər hücuma keçir. Natiq  döyüş meydanında xüsusi qəhrəmanlıq nümayiş etdirir. Gərgin döyüşdən sonra N.Yusifov özü  ilə yanaşı, döyüş yoldaşlarını da xilas etməyə cəhd göstərir. Düşmənə ələ keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına həlak olur. Subay idi. Tovuz rayonunun Ağdam kəndində dəfn edilib.

Tural Əhmədov

Seçilən
2
unikal.az

1Mənbələr