
Son araşdırmalar göstərir ki, curcumin və piperin beyin sağlamlığını qoruyaraq yaddaşı gücləndirir, intellekti artırır və nevroloji xəstəliklərin inkişafını ləngidə bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Beyza Tağrafın sözlərinə görə, bu təbii birləşmələr sinir hüceyrələrini qoruyur və Alzheimer kimi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Zəncəfil kökündən əldə edilən curcumin, güclü antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə tanınır. O, beyində beta-amiloid lövhələrinin yığılmasının qarşısını alaraq Alzheimer xəstəliyinə səbəb olan neyronal iltihabın artmasına mane ola bilər. Eyni zamanda oksidləşdirici stressi azaldaraq sinir hüceyrələrini qoruyur və beyin funksiyalarını gücləndirir.
Qara bibərdə olan piperin, curcuminin udulmasını artıraraq təsirini gücləndirir. Sinir hüceyrələrinə antiinflamatuar təsir göstərərək onların sağlam qalmasına kömək edir. Neyron iltihabını azaldaraq beynin uzunmüddətli funksionallığını qoruyur.
Curcumin və piperin yaddaşı möhkəmləndirir, öyrənmə qabiliyyətini artırır və psixi sağlamlığa müsbət təsir edir. Bu ikili xüsusilə yaşlanma ilə bağlı nevroloji xəstəliklərin qarşısını almaq və beyin funksiyalarını qorumaq üçün əvəzolunmazdır. Mütəxəssislər onları gündəlik rasiona daxil etməyi tövsiyə edirlər.
Tərcümə: Könül Oruc