Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma B qrupunda baş tutub.
Sumqayıtda keçirilən görüşdə eyniadlı komanda liderliyə şərik “Şəki” ilə üz-üzə gəlib.
Oyun qonaqların üstünlüyü ilə keçib. Yekunda "Şəki" 104:96 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVIII tur
B qrupu
19:00. “Sumqayıt”– “Şəki” - 96:104 (22:26, 23:30, 28:19, 23:29)
“Sabah”ın baş məşqçisi: “Sona kimi mübarizə apardıq”
Daviti Çivçivadze: “Oyuna tam nəzarət edirdik”
Halil Atlı: “Bu qələbəni Gəncəyə ərməğan edirik”
“Neftçi” Azərbaycan kubokunun yarımfinalında
Azərbaycan kuboku: “Gəncə” yarımfinalda